Mülki yaşayış məntəqələrinə hücum: ölənlər var

9-10-2014, 11:35   
Mərmilər 2 nəfərin ölümünə, azı 9 nəfərin yaralanmasına səbəb olub
Ukraynanın Donetsk vilayətində hökumət qüvvələr ilə separatçılar arasında cərəyan edən gərgin vəziyyət fonunda bir neçə mülki yaşayış məntəqəsi və mağaza raket mərmilərinin hədəfinə tuş gəlib.

Mərmilər 2 nəfərin ölümünə, azı 9 nəfərin yaralanmasına səbəb olub. Ukrayna rəsmiləri hücuma görə separatçıları günahlandırıblar.

Birləşmiş Millətlər Təşkilatı Ukraynada hökumət qüvvələri ilə separatçılar arasında atəşkəs rejimi elan olunduqdan sonra baş verən atışmalarda azı 331 nəfərin öldüyünü məruzə edib.

Hazırda Donetsk şəhəri ilə yanaşı, Debaltsev və Şastye şəhərlədində də döyüşlər gedir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.