Bu ilin mart ayında Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad olunan Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev sözügedən universitetin yeni rektoru Ədalət Muradovun əmrindən həddən artıq narazı qalıb. Bu sözləri mia.az-a İqtisad Universitetinin Elmi Şurasının adının çəkilməsini istəməyən üzvlərindən biri deyib. Müəllimin sözlərinə görə, Şəmsəddin Hacıyevin rəhbərlik etdiyi Beynəlxalq İqtisadi Münasibətlər kafedrasının universitetin əsas korpusundan çıxarılması qərarından sonra o, təhsil naziri Mikayıl Cabbarova müraciət edib: «Keçmiş rektor nazir Mikayılova yazılı müraciət edərək, ona əsas korpusda xidməti otaq ayrılması xahişini edib. Onun məktubunu necə əsaslandırması haqda heç nə deyə bilmərəm. Amma dəqiq olan budur ki, Mikayıl Cabbarov da Milli Məclisin komitə sədri, keçmiş rektorun xahişini geri çevirməyib. Nazir yeni rektor Ədalət Muradova bu haqda tapşırıq verib. Vəhər şey də bundan sonra başladı».
Mənbənin sözlərinə görə, yent rektor keçmiş rektorun nazirə yazdığı məktubu nəzərə alaraq, əmr verib: «Amma Ədalət Muradovun imza atdığı əmrdəki qeydlər Şəmsəddin Hacıyevi həddən artıq qəzəbləndirib. Muradovun əmrində isə belə yazılıb: «...Şəmsəddin Hacıyevin Təhsil Naziri Mikayıl Cabarova xahişini nəzərə alaraq, ona universitetin əsas korpusunda 3-cümərtəbə, 318-ci otaq ayrılsın». ƏmrdəŞəmsəddinHacıyevinTəhsil naziriMikayılCabarovaxahişininəzərəalaraq"sözlərinin xüsusi vurğulanmasıkomitə sədrini bərk narazı salıb. İşo yerə çatıb ki, Şəmsəddin Hacıyev əmrdə belə yazılmasını qəbul etmədiyini deyib. Ancaq yeni rektor nəinki geri çəkilib, hətta əmrin universitetin Elmi Şurasında oxunmasını təmin etməklə, Şəmsəddin Hacıyevi gülünc vəziyyətə də salıb».
Mənbə onu da bildirib ki, əmrin Elmi Şurada oxunmasından sonra Şəmsəddin Hacıyev ayrılan 318-ciotaqdan imtina etdiyini deyib: «Onun bu sözünə əməl edib-etməyəcəyi isə yaxın günlərdə bilinəcək».
Xəbərdə adları çəkilənlərin hər birini dinləməyə hazırıq.