Şeyxdən xəbəri olmayan “Lexus”lu qəbiristanlıq mollaları...

9-10-2014, 13:40   
Şeyxdən xəbəri olmayan “Lexus”lu qəbiristanlıq mollaları...Xəbər verildiyi kimi, Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinin vahid geyimə keçməsilə bağlı təlimat verib və bir sıra din xadimlərinə xüsusi geyimlər paylayıb. Bəs bu gün din xadimləri bu təlimatlara nə dərəcədə əməl edir?
Yasamal qəbiristanlığında araşdırma aparan AzNews.az-ın əməkdaşı ərazidə olan mollaların heç birinin vahid geyimdə olmadığını müəyyən edib. Mətbuat üçün açıqlama verməyə, şəkil çəkdirməyə həvəsli olmayan mollalar, çətinliklə də olsa, bir neçə suala cavab veriblər.
“Lexus” markalı avtomobil idarə edən molla, (o bu maşından həm də mətbəx kimi istifadə edir, avtomobilin içərisində çay, yemək, çörək, qab-qaşıq və sair lazımlı ləvazimatlar var idi) onlara belə bir geyim paylanılmadığını deyib və bildirib ki, QMİ məsələ ilə bağlı onlara heç bir tapşırıq verməyib:
“Bizə bununla bağlı heç bir göstəriş verilməyib, əgər belə bir göstəriş olarsa, biz vahid geyim formasına keçməyə hazırıq”.
Adını demək istəməyən digər bir molla isə vahid geyimə keçməyə ehtiyacın olmadığını söyləyib: “Məncə, qəbiristanlıqda olan mollaların vahid geyimə keçməsinə ehtiyac yoxdur. Bu daha çox məclis aparan din xadimlərinə şamil olunmalıdır”.
Əslən baklı olduğunu deyən Molla Həbib də onlara geyimlə bağlı heç bir tapşırığın verilmədiyini deyib:“Biz burada daha çox ölən insanların ruhuna dua, quran oxuyaraq, onların ruhunu şad etməyə çalışırıq. Şəxsən mənim məqsədim budur. Mənə fərq etmir, o duanı bu geyimdə edirəm, yoxsa idarənin bizə təqdim etmək istədiyi geyimdə. İdarə əgər bizə xüsusi geyimlər verəcəksə, həmin geyimləri geyinib, öz fəaliyyətimizi davam etdirməyə hazırıq”.





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.