Qarabağ üçün sülh sazişinin detalları

10-10-2014, 14:56   
Qarabağ üçün sülh sazişinin detalları"Azərbaycan Laçın dəhlizindən başqa Dağlıq Qarabağ ətrafında 7 rayonu geri alır. Dağlıq Qarabağ ermənilərinə özünüidarə hüququ verilir. Regionun son statusu uzunmüddətli dövr ərzində qeyri-müəyyən olaraq qalır və 20-30 il sonra referendum keçirilir"

“Azərbaycan üçün iki böyük risk görürəm. Birincisi Rusiya və İran faktorudur. Lakin məlumdur ki, bu ölkələr Azərbaycan hakimiyyəti ilə yaxşı münasibətlərə malikdir. İkinci böyük risk isə dini radikallıqdır. Bu radikal qrupun Azərbaycan siyasi səhnəsinə keçməsi təhlükəsi var. Hansı ki, bu gün onların bir çoxu Suriya və İraqda İŞİD tərkibində vuruşurlar. Onlar bir gün evlərinə qayıdacaqlar”.
Bu barədə “Karnegi” fondunun Qafqaz üzrə eksperti, Böyük Britaniyadan olan jurnalist Tomas de Vall “Amerikanın səsi”nə müsahibəsində deyib.
T. Vall qeyd edib ki, daha bir təhlükə Qarabağ müharibəsinin yenidən alovlanmasıdır: “Təmas xəttində biz vaxtaşırı kiçik toqquşmaların şahidi oluruq. Ağır silahların işə düşməsi nəticəsində hətta kütləvi itkilər də olur”.
Britaniyalı jurnalist rəsmi Bakıya Vaşinqtonun məsləhətlərinə qulaq asmağı tövsiyə edib. “Vaşinqton Bakıda hakimiyyətin dəyişməsində maraqlı deyil, sadəcə olaraq, demokratiyanın inkişafını istəyirlər. İran və Rusiya da böyük qonşulardır. Lakin Azərbaycan daha böyük müstəqillik istəyirsə, onda dünyaya inteqrasiyasını daha da sürətləndirməlidir. Qarşılıqlı güzəştlər əsasında Azərbaycan Qərb və Şərq arasında əhəmiyyətli strateji dəhlizə çevrilə bilər. Əlbəttə, güzəştlərə nail olmaq bir qədər çətindir. Lakin itirilmiş torpaqlar qaytarılacaq, qaçqın və məcburi köçkünlər geri qayıdacaq. Bu, Azərbaycanı gücləndirə bilər. Güzəştlər danışıqlar masasında müzakirə edilməlidir. Azərbaycan Laçın dəhlizindən başqa Dağlıq Qarabağ ətrafında 7 rayonu geri alır. Dağlıq Qarabağ ermənilərinə özünüidarə hüququ verilir. Regionun son statusu uzunmüddətli dövr ərzində qeyri-müəyyən olaraq qalır və 20-30 il sonra referendum keçirilir. Bu dövr üçün Azərbaycan və Ermənistan münasibətləri qurulur. Azərbaycan Ermənistanı iqtisadi cəhətdən xeyli qabaqlayır. Azərbaycan Ermənistan üzərində “yumşaq gücü” istifadə edə bilər. İnsanlar doğra yurdlarına qayıdacaqlar, təhlükəsizlik vəziyyəti və həyat şəraiti yaxşılaşacaq”, – deyə T. Vall bildirib.

publika.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.