Ərdoğan Fətullah Güləni Türkiyəyə çağırdı

28-04-2014, 12:32   
Ərdoğan Fətullah Güləni Türkiyəyə çağırdı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkiləri ərəfəsində səhhətindəki problemlərlə əlaqədar səfər edə bilmədiyi Kayseriyə gedib. APA TV-nin məlumatına görə, onun yerli əhali qarşısındakı çıxışının əsas mövzusu avqustda keçiriləcək prezident seçkiləri olub. APA TV-nin xəbərinə görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, bu ildən Türkiyə prezidentini millət vəkilləri yox, xalq seçəcək: "Birinci tur 10 avqust, ikinci tur 24 avqustdadır. İnanıram ki, AKP-nin göstərdiyi namizədi birinci turda Allahın izni ilə mənim xalqım, mənim millətim seçəcək".

Rəcəb Tayyib Ərdoğan bu dəfəki çıxışında da ötən ilin səs-küylü 17 dekabr korrupsiya əməliyyatından da danıhıb və rəqiblərini, eləcə də, Fətullah Güləni ittiham edib: "Arxadan vurdular. Prezidenti dinlədilər, məni dinlədilər, Baş Qərargah rəsini dinlədilər, Məclis sədrini dinlədilər. Konstitusiya Məhkəməsinin sədr və üzvlərini də dinlədilər".

Baş nazir Kayseridən sonra səfər etdiyi Yozqatda da Fətullah Gülənin ünvanına ittihamlar səsləndirib. O, Fətullah Güləni Türkiyəyə çağırıb: "Əgər süçlu deyilsənsə, hər hansı bir suçun yoxdursa, çıx gəl Türkiyəyə. Madam Türkiyəni sevirsən, madam vətənsevərsən, çıx gəl Türkiyəyə".

Müxalif Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı isə Şanluurfada bəyan edib ki, Rəcəb Tayyib Ərdoğandan prezident olmaz.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçiriləcək. Hakim Ədalət və İnkişaf Partiyasının bu dəfəki seçkilərdə prezident postuna baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürəcəyi gözlənilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.