Azərbaycanlı qız Dima Bilanı heyran etdi

11-10-2014, 17:15   
Azərbaycanlı qız Dima Bilanı heyran etdi
Aygün Əsgərova "Qolos" yarışmasına qatılıb


Şou-Biz Daha bir azərbaycanlı əcnəbiləri səsi ilə heyran etdi. Bu dəfə Rusiyanın məşhur "Qolos" yarışmasının 3-cü mövsümündə həmyerlimiz Aygün Əsgərova iştirak edib. Yarışmada ifaçı Alla Puqaçovanın "Miraji" adlı mahnısı ilə çıxış edib.

onun çıxışı münsif heyəti tərəfindən maraqla qarışılanıb. Münsiflər həmyerlimizin səsini müğənni Lolitanın səsinə bənzədiblər.

Qeyd edək ki, “Qolos” səs yarışmasının münsifləri Leonid Aqutin, Aleksandr Qradskiy, Pelaqeya və Dima Bilan olub.

A.Əsgərova 37 yaşı olduğunu və Bakıda yaşadığını deyib. D.Bilan isə onun bu sözlərinə cavab olaraq tezliklə Bakıda konserti olacağını deyib.

Həmyerlimizi münsif kürsüsündə oturan Dima Bilan komandasına qəbul edilib.

Xatırladaq ki, Rusiyada keçirilən “Qolos” səs yarışmasında keçən ay daha bir həmyerlimiz - Eldar Əhmədov da qatılmışdı. O, Müslüm Maqomayevin məşhur "Funiculi" (Funikulyor) mahnısını ifa edib. 16 yaşlı azərbaycanlı ifaçı növbəti mərhələyə keçə bilməsə də, ümumilikdə münsiflər tərəfindən çox bəyənilib.

"Qolos" lahiyəsinin Ukrayna versiyasında isə iştirak edən,Xarkovda yaşayan azərbaycanlı əsilli 18 yaşlı Vaqif Nağıyev çıxış edib. Vaqif tərkib heyətinə Sergey Lazarev, Ani Lorak, Tamara Qverdçiteli və Svyatoslav Vakarçukun daxil olduğu münsiflər heyətinin qarşısında Müslüm Maqomayevin repertuarından "Sinyaya veçnost" mahnısını ifa edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.