Deputatın oğluna nazirlikdə vəzifə verildi

28-04-2014, 17:51   

İlham Pirməmmədov yeni müşavirin konkret hansı işlərlə məşğul olacağını bir qədər sonra müəyyənləşəcəyini bildirib
Azərbaycan “Odlar Yurdu” Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyevin oğlu Samir Vəliyev təhsil naziri Mikayıl Cabbarovun müşaviri təyin edilib.

Bu haqda xeberdar.az saytı məlumat yayıb. Məlumatda bildirilir ki, təhsil naziri Mikayıl Cabbarov Samir Vəliyevlə bağlı sərəncam imzalayıb. Təhsil nazirinin müşaviri İlham Pirməmmədov sayta açıqlamasında artıq Samir Vəliyevin bir neçə gündür ki, işə çıxdığını deyib. İlham Pirməmmədov yeni müşavirin konkret hansı işlərlə məşğul olacağını bir qədər sonra müəyyənləşəcəyini bildirib.

Samir Vəliyevin atası, deputat Əhməd Vəliyev AzVision.az-a açıqlamasında bildirib ki, oğlu 10 gündür bu vəzifəyə təyinat alıb: “Mətbuatda bu xəbər verilibsə, deməli düz məlumatdır. 5-10 gündür ki, təyin edilib. Amma gec eşitmişəm”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.