Jurnalistlərin ebola həyacanı...
ABŞ-ın Nyu-Cersi şəhərində jurnalistlər məcburi karantinə alınıblar
Amerikanın Nyu-Cersi şəhərində NBC-nin jurnalistləri Ebolaya yoluxan operatorla təmasda olduğuna görə məcburi karantinə alınıblar.
ANS PRESS-in məlumatına görə, səhiyyə departamentinin məmurlarının sözlərinə görə, jurnalistlərin iş rejiminin könüllüdən icbariyə keçirilməsinə səbəb 21 günlük könüllü izolyasının pozulması olub. Müqavilənin kim tərəfindən pozulması və bundan dövlətin necə xəbər tutulması barədə isə məlumat verilmir.
Departament nümayəndələri şəxsi həyatın toxunulmazlığı normalarına sığınaraq daha ətraflı məlumat verməkdən boyun qaçırdıblar. Sadəcə o bildirilib ki, hazırda qrupdakılardan heç kimdə xəstəliyin əlamətləri yoxdur, bədən temperaturları normaldır, virusun yayılmasından narahat olmağa səbəb yoxdur. Həkimlərin bildiridiyinə görə isə yoluxmuş insanın əlamətləri 21 gün ərzində üzə çıxa bilər.
Xatırladaq ki, daha əvvəl “NBC News”da ştatdan kənar çalışan teleoperator amerikalı Aşoka Mukpo Liberiyada Ebola virusuna yoluxması barədə xəbərlər yayılmışdı. Hazırda xəstə Nebraskada müalicə alır.
Bundan əlavə Ebola virusuna amerika missiyasının 3 amerikalı həkim də Kent Brentli, Nensi Raytbol və Rik Sakra da yoluxub. Liberiya vətəndaşı Tomas Erik Dunkan isə Dallasda Texas xəstəxanasında uğursuz müalicə alaraq həyatını itirib.
Qeyd edək ki, Ümumdünya səhiyyə təşkilatının son məlumatlarına görə, 10 oktyabra kimi Ebolaya yoluxanların sayı 8 470 nəfərdir ki, bunlardan 4 076-sı həyatını itirib.