İŞİD-ə qoşulan iki azyaşlı qız yaxınlarına geri qayıtmaq istədiklərini deyib.
, qızcığazlar İŞİD-ə qoşulduqları üçün peşman olduqlarını etiraf edib.
Bu barədə Bosniya əsilli Samra və Sabinanın yaxınları məlumat verib. Onların sözlərinə görə 17 və 15 yaşlarında olan bu yeniyetmələr evlərinə qayıtmaq istəsələr də, buna nail ola bilmirlər.
“Zeitung Österreich” qəzetinə müsahibə verən qohumlar qızların bu yaxınlarda ailələri ilə əlaqə yaratdıqlarını bildirib:
“Telefonla zəng etdilər. Səmra orada bir çeçenlə evlənib. Onun 17 yaşı var idi. Evə qayıtmaq istəyir. Amma qayıda bilmir”.
İraqın Rakka şəhərində olduqları ehtimal olunan qızların hansı yolla İŞİD sıralarına daxil olduğu məlum deyil.
Xatırladaq ki, bu ilin aprelində avstriyalı bu iki gənc qız “Suriyaya gedirik. Cənnətdə görüşərik”, - deyə yazaraq paytaxt Vyanada yoxa çıxmışdı.