“Kobani təslim olsa, insanlıq təslim olar. Amma olmayacaq. İnşallah, bütün insanlıq qırıb-dağıdaraq yox, daha sakit və yavaş şəkildə qalib gələcək”.
bu sözləri məşhur türkiyəli sənətçi, “imperator” İbrahim Tatlısəs tvitter hesabında yazıb.
Tatlısəs Kobanidə baş verənlərlə bağlı fikirlərini yazıb: “Düşmənə gülün, ən böyük silah gülümsəyən üzdür. Güləcəksən, həm nizama nizam vermək üçün, həm də səni üzmək istəyəni peşman etmək üçün”.
Qeyd edək ki, İŞİD qüvvələri Suriya-Türkiyə sərhədində yerləşən Kobanini ələ keçirməyə çalışır.