Portuqaliya futbolunun canlı əfsanlərindən olan Luiş Fiqu iddialı açıqlama verib.
o, özünü dünyanın ən yaxşı futbolçusu adlandırıb.
“Dünyanın ən yaxşı futbolçusu nə Kriştiano Ronaldo, nə də Lionel Messidir. Bu ada mən layiqəm. Onların hər ikisi eyni səviyyəli oyunçulardır. Məşqçi olsaydım, həm Messini, həm də Ronaldonu komandamda görmək istərdim”.
Qeyd edək ki, Fiqu 2000-ci ildə Avropanın, 2001-ci ildə isə dünyanın ən yaxşı futbolçusu seçilən Fiqu 2009-cu ildə futbolçu karyerasını başa vurub.