Partlayışla müşahidə edilən püskürmə nəticəsində lava 200 metrə qədər yayılıb
Bu gün Bakı şəhərinin ərazisində güclü vulkan püskürməsi qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın verdiyi məlumata görə, hadisə saat 12:30 radələrində nazirliyin Bakı və Abşeron Yarımadası Palçıq Vulanları Qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Keyrəki vylkanında baş verib. Partlayışla müşahidə edilən püskürmə nəticəsində xaric olan vulkan kütlələri 200 metrə qədər uzanıb. Hazırda ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər aidiyyatı qrupların əməkdaşları cəmləşiblər və onlar təhlükəsizlik tədbirləri həyata keçirirlər.
Həmçinin ərazidə püskürmənin həcmi hesablanır.
Qeyd edək ki, Keyrəki vulkanında sonuncu püskürmə 2001-ci ildə baş vermişdi.