Ərdoğanla Putin İŞİD haqqında danışıblar
Oktyabrın 12-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə zəng edərək İŞİD məsələsini müzakirə edib. Bu haqda “Hurriyet” qəzeti xəbər yayıb. Qəzet yazır ki, iki ölkənin dövlət başçıları Suriyadakı, İraqdakı iç durumu, Türkiyə sərhədində yaşanan hadisələri, NATO-nun İŞİD-lə mübarizə planlarını, bölgənin təhlükəsizliyi üçün görülməsi vacib işləri müzakirə edib.
Rusiya Prezidentin Administrasiyasının Ərdoğanın təşəbbüsü ilə baş tutan telefon danışığı haqqında yaydığı açıqlamada isə deyilir ki, tərəflər bölgədə təhlükəsizliyin təmin edilməsi üçün birgə fəaliyyəti müzakirə edib. Söhbət zamanı Prezidentlər 2014-cü ilin sonuna qədər iki ölkənin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısını keçirmək haqqında qərar qəbul ediblər.