Bakıda mənzildən xeyli miqdarda qızıl və pul oğurlanıb. Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu Qaçaq Nəbi küçəsi 12, ev 13 ünvanında baş verib. Polisə müraciət edən ev sahibi Fərzixanova Nərgiz Balakərim oğlu evdə kimsənin olmadığı 2 gün ərzində naməlum şəxs və ya şəxslərin mənzilə soxulduğunu bildirib. Açar seçmə yolu ilə mənzilə daxil olan şəxslər 25 min manat dəyərində qızıl və xeyli pul götürüblər.
Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.