İsraildə baş verən müharibələr və iqtisadi çətinliklər səbəbindən “Berlində məskunlaşanlar” adı altında köç kampaniyasına start verilib.
, kampaniyaya başlayanlar hökuməti vergiləri artırmaqda və müharibə aparmaqda ittiham edib.
Kampaniya iştirakçıları Almaniyada təhsilin pulsuz olduğunu, paytaxt Təl-Əvivdəki mənzil qiymətlərinin Berlinlə müqaisədə 3 qat baha olmasını və işsizlik müavinətini əsas göstərərək, Almaniyaya köç etməyə başlayıb.
Bu arada Fələstinin "Mədar" İsrail Araşdırmaları Mərkəzi İsraildən Almaniyaya baş tutan “Böyük köç”ün səbəblərini açıqlayıb.
Mərkəzin verdiyi məlumata görə, İsrail xalqı daha komfortlu və etibarlı həyat istəyir.
Hesabatda göstərilir ki, Almaniyaya köç kampaniyasına əsas səbəb Qəzza və Liviyada İsrailin apardığı müharibələr, ölkə daxilində qiymətlərin artması və hökumətin buna biganə yanaşması göstərilir.