“ABŞ-ın ağır çəki üzrə məşhur boksçusu Məhəmməd Əlinin vəziyyəti parkinson xəstəliyi ucbatından ağırdır və o, danışa bilmir. Bu üzdən də onun özü haqda çəkildiyi filmin prezentasiyasında iştirakı qeyri-mümkündür”.
bu haqda informasiyanı boksçunun qardaşı Rəhman yayıb.
Jurnalistlərə müsahibə verən Rəhman “Xəstəliyə görə qardaşımla film haqda danışa bilmədim. O, ümumiyyətlə zorla danışır. Ancaq fəxr edir ki, biz onun ətrafına toplaşmışıq” sözlərini əlavə edib.
Qeyd edək ki, ağır çəki üzrə 3 qat dünya çempionu Məhəmməd Əli haqda çəkilən “Mən Əliyəm” filmi noyabr ayının 28-də kinoteatrlarda göstəriləcək.
Hazırda Məhəmməd Əlinin 72 yaşı var.