Çayxanada lotereya oyunları üçün aparat, çeklər tapılıb
Növbətçi Gəncədə lotereya oyunları təşkil edən çayxana tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ş.İ.Xətai prospektində yerləşən çayxanada, oranın icarədarı – şəhər sakini Yasin Məmmədovun lotereya oyunları təşkil etməsi müəyyən edilib.
Oraya baxış zamanı üzərində “Golden Kend” sözləri yazılmış oyun çekləri, 74 manat pul, qəbzləri çap edən “Lpos” markalı aparat, “LG” markalı televizor və “Toshiba” markalı noutbuk aşkar edilərək götürülüb.