Minlərlə can alan xəstəliyin dərmanını Rusiya təqdim edəcək
Sağlamlıq Rusiya Qərbi Afrikada geniş yayılan ölümcül ebola virusuna qarşı vaksin tapıb. bunu Rusiyanın səhiyyə naziri Veronika Skvortsova “Rossiya-1” telekanalına müsahibəsində qeyd edib. Onun sözlərinə görə, rusiyalı tibb ekspertləri artıq xəstəliyin müalicəsi və yoluxmanın qarşısını almaq üçün vaksin hazırlamaq mərhələsindədirlər.
“İndi biz 3 növ vaksinin üzərində çalışırıq. Onlardan biri artıq kliniki sınaqdan keçib. Passivləşdirilmiş vaksin birbaşa virusun özündən hazırlanıb. Digər iki vaksin də genetik olaraq modifikasiya olunub. Bu vaksinlər bizim Virusologiya İnstitutumuz tərəfindən hazırlanır”.
Nazir onu da qeyd edib ki, sözügedən vaksinlər 6 ay müddətində təqdim olunacaq.
Virus əsasən Liberiya, Qvineya, Siera-Leon və Nigeriyada geniş yayılıb. İndiyə qədər 6 mindən çox insan epidemiyaya yoluxub ki, onların 4000-dən çoxu ölüb.
Eyni zamanda ebola virusu Konqo Demokratik Respublikası, Seneqal, İspaniya və Amerika Birləşmiş Ştatlarında da qeydə alınıb.