Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı/Yeniləndi

13-10-2014, 19:07   




Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin yeni başçısını təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az Prezidentin rəsmi saytına istinadla bildirir ki, Nizami Sabir oğlu Hacıyev İlham Əliyevin sərəncamı ilə Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

***

18:52

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayb.

Sərəncama əsasən, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri təltif edilsinlər:

"Şöhrət" ordeni ilə

Seyidov Valeh Famil oğlu.
"Tərəqqi" medalı ilə
Abbasov Kamil Musa oğlu
Ələsgərov Faxrəddin Camal oğlu
Kəngərli Aqşin Nəsrulla oğlu
Kərimov Fərəc Kərim oğlu
Quliyev Ağalar Əliqardaş oğlu
Quliyev Nofəl Nəriman oğlu
Mustafayev Vasif Ağa Səməd oğlu
Rüstəmov Ədalət Əlşah oğlu
Sadıxov Qurban Qulam oğlu

***

Azərbaycan Prezidenti İlham Əliyev İbad Nəsirulla oğlu Əliyevə və Eldar Xanbaba oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə İbad Nəsirulla oğlu Əliyevə və Eldar Xanbaba oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar