Günel Zeynalova arası dəydi deyilən İbrahim Tatlıses haqqında “Stalife” da danışıb.
Günel ilə Tatlıses arasından qara pişik keçdiyi barədə uzun müddətdir ki, şayiələr gəzməkdə davam edir. Açıqlama verən sənətçi artıq bu xəbərlərdən bezdiyini, yalan informasiyaları yayanları qəlbi qara olmaqda qınayıb.
“Xəbərlər yayıldı ki, İbrahim bəy ölüb. Allah eləməsin. İbrahim bəyin vəziyyəti olduqca yaxşıdır. Bizim aramız da yaxşıdır. Sadəcə uzun bir müddətdir ki, görüşmürük. Elə bilirlər ki, mən bütün günü Tatlısesin yanında otururam.
O, Kuşadasında, mən İstanbulda yaşayıram. Hər dəfə ora gedə bilmərəm ki. Amma şirkətdə qarşılaşanda danışıb söhbətləşirik. Bu yalanları ancaq ürəyi qara insanlar çıxardardılar. Bir az ürəyimizi fitnədən uzaq tutaq. “
İbrahim Tatlısesin Bakıdakı konsertində kəşf olunan Günel o günlərə geri qayıdıb. İfaçı deyir ki, əgər İbrahim onu kəşf etməsəydi gec-tez istanbula yollanıb istəyinə çatacaqdı.
“ Biz öncədən İstanbula getməyi planlaşdırırdıq. Amma mən yox, atam və qardaşım gedəcəkdi. Əgər İbrahim bəy məni o konsertdə kəşf etməsəydi, qardaşım İstanbula gedəcəkdi. Mən yenə də ora gedib çıxacaqdım. Bu Allahım qismətidir. Bundan sonra nə yazılıbsa, görərik.”