[media=http://www.youtube.com/watch?v=JhsdYJoqJnE]
2014 Mundialından sonra baş məşqçi postunda dəyişiklik etmiş iki əzəli rəqib yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Braziliya və Argetina arasında baş tutan bu dəfəki duel Pekinin "Quş yuvası" arenasında keçirilib və "pentakampeonlar"ın zəfəri ilə yekunlaşıb.
Oyun əsasən "Barcelona"da çıxış edən 2 komada yoldaşı - Messi və Neymarın qarşıdurması kimi qələmə verilsə də, matçın qəhrəmanı başqa futbolçu olub.
Braziliyada febüt oyununa çıxan Diyeqo Tardelli Martins dubla imza atmaqla diqqət mərkəzinə düşüb. 28-ci dəqiqədə hesabı açan "Atletico Mineiro"nun forvardı, 64-cü dəqiqədə Romeronu növbəti dəfə məyus edib. Messi isə 41-ci dəqiqədə Braziliyanın qapısına təyin olunmuş penaltini qola çevirə bilməyib.
"Trazonspor"un da formasını geymiş Cefferson argentinalı ulduzun fərqlənməsinə imkan verməyib.