Meksikada radio aparıcısı Atilano Roman Tirado canlı efirdə öldürülüb.
bu haqda informasiyanı Associated Press agentliyi yayıb.
Tirado öldürülən zaman “Fiesta Mexicana” radio stansiyasında veriliş aparıb. Əməkdaşlar güllə səsini eşitdikdən sonra “Yox, yox, onu öldürdülər, onu öldürdülər” sözlərini deyib. Efir isə yarım saat ərzində “boş” qalıb.
Sinalo ştatının prokurorluğu deyib ki, hadisə zamanı iki nəfər radio stansiyasının ofisinə gəlib və onlardan biri studiyaya girərək 9 mm kalibrli tapançadan aparıcının baş nahiyyəsinə atəş açıb.
Tiradonun yerli xəstəxanada öldüyü deyilir.