İcra başçısı ilə müavininin şirkətlərinin adları açıqlandı -SİYAHI

14-10-2014, 11:22   
İcra başçısı ilə müavininin şirkətlərinin adları açıqlandı -SİYAHI
Yardımlıda bütün tenderlər Mahir Mirzəyevin şirkətlərinə verilir, Sevindik Hətəmov isə müavininin «əsiri»nə çevrilib

Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Yardımlıda icra başçısı Sevindik Hətəmov dövlət büdcəsindən ayrılmış pulları silmək üçün müavini Mahir Mirzəyevlə birlikdə maraqlı oyunlar qurublar. JAM.AZ-a verilmiş məlumatda deyilirdi ki, Mirzəyevi rayonda daha çox «tender kralı» kimi tanıyırlar və onun nəzarətində olan şirkətlər Yardımlıda görülən bütün işlərin «qalibi» elan ediliblər.

Dünən isə redaksiyamıza bununla bağlı ilginc məlumatlar daxil olub. Yardımlıdan JAM.AZ-a göndərilmiş məktubda qeyd olunur ki, hər il dövlət büdcəsində rayona külli miqdarda pul ayrılsa da, inkişaf məsələsi müşahidə olunmur. «Bütün yardımlılar bilir ki, rayonu dağıdan icra başçısı və onun müavini Mahir Mizəyevdir. Bu şəxs rayonu bütünlüklə ovcuna alıb və istədiyi kimi idarə edir. Onun tapşırıqlarını hətta icra başçısı Sevindik Hətəmov da yerinə yetirir. Çünki Mirzəyev qazandığı pullarını onunla bölür».

Şikayətçilər deyirlər ki, 2006-cı ildən vəzifə başında olan icra başçısının müavini işlərini həyata keçirmək üçün maraqlı addımlar atıb. Belə ki, Mirzəyev həmin müddətdən bəri xeyli sayda şirkət qeydiyyatdan keçirib. «Mirzəyev indiyə qədər tender yolu ilə keçirilən bütün proseslərə nəzarət edir. Elə buna görədir ki, bu məqsədlə ayrılmış pullar yalnız onun şirkətlərinə axır».

JAM.AZ-a müraciət edən Yardımlı sakinləri deyirlər ki, Sevindik Hətəmovun müavinini pərişan edən ən başlıca hal Təhsil Şöbələrinin ləğv olunmasıdır. Onların iddiasına görə, Mirzəyevin qazancının ən böyük hissəsi də bu şöbənin keçirdiyi tenderdən gəlir.

Rayon sakinləri bundan əlavə olduqca maraqlı bir məlumat da veriblər. Onlar Mahir Mirzəyevin indiyə qədər işlədib, sonra da vergidən yayınmaq üçün ləğv etdiyi şirkətlərin siyahısını bizə göndəriblər. JAM.AZ xəbər verir ki, həmin ləğv edilmi şirkətlər aşağıdakılardır:
1. Bəhruz MMC
2. Deman MMC
3. Savalan 2008 MMC
4. Səbuhi MMC
5. Göy göl MMC
6. Naxis MMC
7. Veteran MMC
8. Caspian Fruit Co MMC
9. Amid MMC
10. Habil MMC
11. Rəşad MMC
12. Qadir 1960 MMC
13. Reyhan MMC və s.

Müraciət edən Yardımlı sakinləri deyirlər ki, hal hazırda Mahir Mirzəyev üçün işləyən və bütün tenderlərin «qalibi» elan edilmiş şirkətləri də az deyil. JAM.AZ-a verilən məlumata görə, həmin MMC-lər əsasən Bakıda qeydiyyatdan keçiblər. İndi isə dövlət pullarının axıdıldığı digər şirkətlərin adlarını təqdim edirik:
1.Kainat 79 MMC
2. Qafqaztikintiquraşdırma MMC
3. Sanofen MMC
4. Trendservis MMC
5. RMT inşaat MMC
6. Terminal -A MMC
7. Azadlıq LTD
8. Constella MMC
9. Sistem X MMC

Qeyd edək ki, JAM.AZ-a müraciət ünvanlayanlar daha bir maraqlı məqama da toxunublar. Onlar iddia edirlər ki, Bakıda qeydiyyatdan keçirilmiş firmaların rəhbərləri ilə Mahir Mirzəyev ayda bir dəfə görüşür. «Məqsəd onlardan vəsaiti nağd şəkildə alıb, şəxsən Sevindik Hətəmova verməsidir. Çünki dəfələrlə Mahir Mirzəyevdən təşkilat rəhbərləri «Bizə də bir az pul ver» demələri və hədələri onu açıq şəkildə deməyə məcbur edir ki, bütün pullar Sevindik Hətəmovdadır və almaq istəyən ona müraciət etsin».

Sakinlərin iddiasına görə, Yardımlıda hər ay 4-5 yüz min manat mənimsənilir. «Təkcə avqust ayında budcədən 1,5 milyon manatdan artıq pul yeyilib. Amma Yardımlı hələ də problemlər içindədir».

Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.