“Ortada yeyib qıraqda gəzənsən”- İcra başçısı əsəbiləşdi

14-10-2014, 14:30   
“Ortada yeyib qıraqda gəzənsən”- İcra başçısı əsəbiləşdi


Bərdə rayon İcra Hakimiyyətinin 9 aylıq hesabatında çıxış edən icra başcısı Vidadi İsayev şəhər bələdiyyəsinin sədri Hikmət Sadıqova işini düzgün aparmağı tapşırıb.

anaxeber.info xeber verir ki, başçı sədri danlayaraq bu sözləri deyib:

“Sənin işin ancaq yatmaqdan ibarətdir, ortada yeyib qıraqdan gəzənsən”.

Başçı şəhər icra nümayəndəsinin sədri Əli Fərzəliyevə tapşırıq verib ki, gözü bələdiyyə sədrində olsun.

Bundan başqa, icra başçısı Güloğlular bələdiyyəsinin sədri Kazım Quluyevi və kənd icra nümayəndəsi Əli Rüstəmovu da tənqid atəşinə tutub. Bildirib ki, nə bələdiyyə sədri, nə də icra nümayəndəsi kənddə abadlıq işləri görür, yol kənarları zibilxanaya çevrilib.

Qeyd edək ki, icra başcısı qısa zamanda icra nümayəndələrinə və bələdiyyə sədrlərinə işində dönüş yaratmağı tapşırdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.