Ötən həftə dünya ulduzları açıq tonlarda yüngül makiyaja üstünlük verdilər. Deyəsən, onların şüarı sadəlik və zəriflik olub.
həftəyə yaratdıqları gözəl obrazları ilə yadda qalan qadınların fotolarını təqdim edir:
Deyəsən, Eva Lonqoriya özünün ideal obrazını nəhayət tapıb. O, ənənvi olaraq kirpiklərini tuşla vurğulayıb, açıq şaftalı çalarında ənlik və dodaq boyası çəkib. Saçlarını sadə şəkildə toplayıb.
Həftəyə damğa vuran gözəllər - FOTO
Aktrisa Kira Naytli yüngül buruqları, tünd çəhrayı dodaq boyası, vurğulanmış kirpikləri ilə zəriflik nümunəsidir.
Həftəyə damğa vuran gözəllər - FOTO
Emili Blant geyimi rəngdə yüngül makiyaj etməklə düzgün seçim edib.
Kristin Stüart əvvəlki obrazına qayıdıb. Saçlarını şokolad rənginə boyayıb və makiyajda ekstrimdən imtina edib.
Olqa Kurilenko kürən saçlarına yaraşan sadə makiyaj edib.
Selena Qomez açıq, qırmızı rəgnli donunu zərif saç düzümü və klassik makiyajla tamamlayıb. Onun gözlərindəki oxlar, çəhrayı pomadası ilə yaxşı tərəfdaşdırlar. Vizajistlərə halal olsun!