Bakı Ağır Cinayətlər Məhkəməsində "Əsgəroğlu-K" MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə hökm oxunub. Hökmə əsasən, K.Kazımov 12 il, Y.Kiyasov 10 il, O.Polkova isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Kazım Ələsgər oğlu Kazımov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin barəsində bundan əvvəl digər cinayət işi də mövcud olub. Həmin cinayət işi üzrə K.Kazımov 10 il, Y.Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan O.Polkova isə məhkəmə zalında həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu gün hökm oxunan zaman onların azadlıqdan məhrumetmə illəri toplanılaraq barələrində yeni hökm çıxarılıb.
K.Kazımov xalq artisti Aygün Kazımovanın qardaşdır