[media=http://www.youtube.com/watch?v=tF-c5IVjvuM]
Məhəmməd Abbasovun istəyi ona baha başa gəlib
Sosial Bakının Sabunçu qəsəbəbsində yaşayan Məhəmməd Abbasovun iki həyat yoldaşını bir mənzildə yerləşdirmək istəyi ona baha başa gəlib.
ANS TV-nin məlumatına görə, Məhəmm Abbasov iki həyat yoldaşı ilə bir evdə yaşayırdılar. Sonradan qadınların bir-biri ilə yola getməməsi kişinin bu istəyini puç edib. Əlacsız qalan qadınlardan biri Nəzrin Zalova onu məhkəməyə verərək aliment kəsilməsi haqda qərarın çıxarılmasına nail olub.
Növbəti məhkəmə prosesi qadına Məhəmməd Abbasovdan olan 2 uşağı ilə birgə ev ayrılması ilə bağlı baş tutub və bu proses də onun xeyrinə nəticələnib. Sadəcə indi qadının övladlarını internat məktəbinə qoyaraq ayrılmış otaqda tək yaşamaq itsəyi Məhəmməd kişini və onun indiki həyat yoldaşını razı salmır. Bu da tərəflər arasında da kəskin mübahisələrin yaranmasına gətirib çıxarıb. Günülər mübahisələr zamanı əlbəyaxa dava belə edirlər.