İŞİD-in İraqda yeni təlim mərkəzi aşkar olunub.
, terrorçuların “Cihad qanı-1” adlandırdığı təlim düşərgəsində təşkilata yeni qatılan üzvlərə təlim keçirilir.
İraqın Nineviya vilayətindəki Əbu Azzam Əl Ənsari Təlim düşərgəsində ən diqqət çəkən məqam isə terrorçuların qurduqları çadırların ABŞ istehsalı olmasıdır. Belə ki, mütəxəssislər üzərində “US” yazılan çadırların ABŞ hərbi arsenalında istifadə olunduğunu bildirir.
Digər versiyaya görə isə, bu çadırları ABŞ İraq ordusuna verib. İraq ordusunun bir neçə hərbi bazasını ələ keçirən terrorçular da bu çadırlardan istifadə edir.