“Cənubi Qafqazda bloklar yaranır. Bir tərəfdə Azərbaycan, Gürcüstan və Türkiyə, digər tərəfdə isə Rusiya və Ermənistan. Moskva bu cür blokların yaranmasına qarşı çıxır”.
Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Naziri Serqey Şoyqunun Bakıya səfərini şərh edərkən İctimai Siyasi Araşdırmalar Mərkəzinin direktoru Vladimir Yevseyev “vestikavakaza.ru”ya açıqlamasında deyib. Onun sözlərinə görə, Şoyqunun Bakıya səfəri hərbi əlaqələrlə yanaşı, iqtisadi əlaqələrin də inkişafına kömək edəcək:
“İki ölkə birgə təlimlər keçirdi. Rus hərbi akademiyalarında Azərbaycan zabitləri təlim görürlər. Rusiya Azərbaycanla geniş hərbi əməkdaşlıq etmək istəyir. Şoyqunun Bakıya səfəri siyasi əhəmiyyətli də ola bilər. Naxçıvanda hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü oldu. Rusiya bu qrupdan özünə dost axtarır. Rusiya ilə Türkiyə arasında hərbi əməkdaşlıq mümkün deyil. Çünki Türkiyə NATO-nun üzvüdür. Gürcüstandakı məlum hadisələrdən dolayı bu ölkə ilə də əməkdaşlıq ola bilməz. Bu üç ölkədən Rusiya ilə hərbi əməkdaşlığını inkişaf etdirə biləcək yeganə dövlət Azərbaycandır. Cənubi Qafqazda bloklar yaranır. Bir tərəfdə Azərbaycan, Gürcüstan və Türkiyə, digər tərəfdə isə Rusiya və Ermənistan. Moskva bu cür blokların yaranmasına qarşı çıxır”.