Gecə klubuna getmək istəyirəm

14-10-2014, 22:44   



Əməkdar artist Tünzalə Ağayeva qızından danışıb.

"Hər şey daxil" verilişinin qonağı olan sənətçi "Qızınızı müğənniyə ərə verərdiniz" sualını belə cavablandırıb:

"Bilmirəm həyat mənə gələcəkdə nə göstərəcək. Allahdan xeyirlisini diləyirəm. Əgər orada nəsə varsa, sevgi yaşanırsa, onun qarşısına keçsəm də olmaz, acizəm. Valideyn istəyir ki, özü getdiyi yollarda qarşılaşdığı çuxurlardan, çətinliklərdən övladı keçməsin. Buna görə də, qızımla dost olmağa çalışıram. Ağı-qaradan ayırmasına kömək edirəm. Bu səbəbdən, o özü düzgün seçim etməyi bacaracaq".

Musiqidən söz açan T.Ağayeva klub mahnılarını sevdiyini bildirib:

"Gecə klubuna getmək istəyirəm, amma bizim ölkədə bu mümkün deyil. Xaricdə olanda da yollana bilmirəm. Həmişə söz verirəm ki, gedəcəm, rəqs edəcəm, amma alınmır. Buna görə də, hərdən evdə klub mahnısı qoyub qızımla rəqs edirəm. Beləcə, içimdəki o hissi atıram".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.