[media=http://www.youtube.com/watch?v=Uc9c1Fkjkg4]
İŞİD terror qruplaşmasına qarşı hava zərbələri uğursuz olub
Dünya İraq və Suriyada dəhşətli terror aktları törədən İŞİD terror qruplaşmasına qarşı hava zərbələri uğursuz olub.
ANS TV-nin məlumatına görə, ABŞ-ın baş qərargah rəisi general Martin Dempsi belə bir etirafla çıxış edib. Amerikanın “ABC” telekanalına müsahibəsi zamanı ordu generalı deyib ki, İŞİD tez-tez döyüş taktikasını dəyişmək və bu zaman mülki insanlardan istifadə etməklə peşəkarca hədəfdən yayına bilir. Martin Dempsi, eyni zamanda, İraqın paytaxtı Bağdadın real təhlükədə olduğunu, İŞİD terrorçularının qısa zaman içində bu şəhərə hücum edəcəyini açıqlayıb. Dempsi İŞİD-ə qarşı mübarizədə quru qoşunlarından istifadə olunması üçün prezident Barak Obamaya müraciət edəcə. Amma bu məqamda diqqətinzi Barak Obamanın əvvəlki açıqlamasına yönəldim. Bir müddət əvvəl o demişdi ki, hökumətin belə bir addım atmağı planlaşdırmır.
Şimali İraq Kürd muxtariyyatının rəhbəri Nəcirvan Bərzani isə deyib ki, kaş ki, İŞİD-in əlində olan ağır silahlardan bizdə də olardı. Onda sual yaranır – İŞİD-ə bu silah hardandır.