Məktəblərdə namaz qadağasının səbəbi

15-10-2014, 10:41   
Məktəblərdə namaz qadağasının səbəbi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda orta təhsil müəssisələrində ibadətlə məşğul olmağı qadağan edib.

Axar.az xəbər verir ki, bəzi məktəblərdə müəllimlərin dərs saatı zamanı verilən azandan sonra namaz qılması haqda məlumatlar daxil olub. QMİ də bu xəbərlərdən sonra bəyanatla çıxış etməli olub.

Əldə etdiyimiz məlumata görə, bəzi şəhər və rayon təhsil ocaqlarında belə hallara rast gəlinib. Bu haqda Təhsil Nazirliyinə və QMİ-yə anonim məktublar göndərilib. Ondan sonra QMİ hərəkətə keçib. QMİ-dən bildirilib ki, Azərbaycan Respublikasında hər bir vətəndaşın, o cümlədən də hər bir müsəlmanın din və vicdan azadlığı var:
“Hər kəs öz dini ayinlərini azad formada yerinə yetirə bilər. Lakin dinimizin şəriət qaydalarına əsasən hər hansı şəxsin mülkündə onun icazəsi olmadan namaz qılmaq olmaz. Müəllimlər və ya müəllimələrin işlədikləri yer özəl müəssisədirsə, onun sahibinin icazəsi olmadan orada namaz qılına bilməz. Dövlət müəssisələrinə gəldikdə isə əgər namaz üçün ayrılmış hər hansı bir otaq yoxdursa, çıxıb hər hansı bir məsciddə namaz qılmaq tövsiyə olunur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.