Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub.
Xəbərdə deyilir ki, oktyabrın 10-da Məhsəti küçəsində yerləşən şadlıq evində masanın üzərindən Mingəçevir şəhər sakini Nazilə Ələsgərovanın içərisində 270 manat, 2 ədəd ətir, mobil telefon 2 ədəd MP3 diski olan əl çantası oğurlanıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Vüsalə Rəhimova saxlanılıb.
Araşdırmalar davam etdirilir.