Qəzaya səbəb olan sürücü qaçıb
Oktyabrın 15-nə keçən gecə Bakıda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 22:00 radələrində Maştağa-Çiləgər yolunda naməlum avtomobil piyada, 2001-ci il təvəllüdlü Əhmədli Məhərrəm Cəfər oğlunu vurub. 13 yaşlı oğlan hadisə yerində keçinib.
Hadisədən dərhal sonra avtomobilin sürücüsü nəqliyyat vasitəsi ilə birgə ərazidən uzaqlaşıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Qeyd edək ki, qəzada ölən yeniyetmə orta məktəb şagirdi olub.