Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Berti Foqts və futbolumuz haqda sensasion açıqlamalar

15-10-2014, 17:09   
Berti Foqts və futbolumuz haqda sensasion açıqlamalar

İdman yazarı Elçin Cəlilov: “ Foqts hazırkı futbol hökumәtini hansısa әmәllәrinә görә özündәn asılı edib”

Futbol üzrə Azərbaycanın əsas yığma komandasının Xorvatiya və İtaliya yığmasına biabırçı məğlubiyyəti gündəmin əsas müzakirə mövzularındandır. Berti Foqtsun rəhbərlik etdiyi yığmamız Xorvatiyaya 6 cavabsız qolla, İtaliyaya isə 2-1 hesabı ilə uduzub. Neft pullarının sel kimi axıdıldığı Azərbaycan futbolunun bu dərəcədə uğursuzluğu, onun səbəbləri isə hətta futboldan uzaq olan şəxslərin də marağına səbəb olub.

Musavat.com yığmamızın matçlarını izləmiş, jurnalist heyətinin üzvlərindən olan futbolpress.az saytının redaktoru Elçin Cəlilovla bu mövzuda söhbətləşib.

- Öncə ondan başlayaq ki, səfərdə iştirak edən idman yazarı olaraq İtaliya və Xorvatiya matçları barədə təəssüratlarınız necədir?

- Mәnim tәәssüratım belәdi ki, İtaliya yığması hәmişә qәlәbә üçün minimum nәticәylә dә kifayәtlәnir deyә, 2:1 uduzduq, ancaq Xorvatiya elә deyil. 6:0 kimi böyükhesablı mәğlubiyyәt tәәssüratları belә zәdәlәyәcәk hәddә biabırçı nәticәdi.

- Matçın öncəsində və sonrasında... yaşananlar da maraqlıdır. Pərdə arxasında nələr baş verirdi?

- İtaliya ilә matçöncәsi hәr şey yaxşı görünürdü. Komandada әhval-ruhiyyә dә yerindә idi. İtalyanların icazә verdiyi qәdәr oynadığımızı düşünsәm dә, insafәn, ikinci hissәdә yaxşı oyun çıxartdıq. Ancaq Xorvatiya üçün güc qalmamışdı. Dörd günә iki oyun oynaya bilmәdiklәri, fotbolçuların yorulub haldan düşdüklәri aydın görünürdü.

Pәrdәarxası әn maraqlı mәqamsa İcraiyyә Komitәsinin sәfәrdә olan iki üzvünün dayanmadan baş mәşqçi Foqtsu pislәmәsi oldu. Komitә 10 nәfәrdәn ibarәtdi vә iş belәdi ki, onların yarıdan çoxu әleyhinә sәs verәrsә, Foqtsla yollar ayrılar. 7 ildi Azәrbaycan yığmasını çalışdıran alman mәşqçinin mәhz indi bu qәdәr sıxma-boğmaya salınması onu göstәrir ki, deyәsәn, istefası hazırlanır. Hәr halda bir-iki hәftәyә komitәnin toplanışı olmalıdı. Ancaq bu, bir manipulyasiya da ola bilәr. Mümkündü ki, İK-nın üzvlәrinә fәallaşmaq vә narazı azarkeşlәrin mövqeyindәn çıxış etmәk tapşırığı verilib. Belәdә emosiyalar sakitlәşәcәk. Hәr halda, Foqtsun qovulacağına inanmıram. Çünki qovulsa, əvәzindә külli-muqdarda tәzminat ödәnmәlidi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar