Səudiyyə Ərəbistanında ayətullaha ölüm hökmü çıxarılıb
Səudiyyə Ərəbistanının Cinayət Məhkəməsi şiə imamı, ayətullah Nimra ən-Nimda haqda ölüm hökmü çıxarıb.
Musavat.com-un məlumatına görə, bu barədə “əl-Manar” peyk telekanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, vaiz 2012-ci ilin iyulunda, kütləvi etiraz aksiyaları və qarışıqlıqları qızışdırmaqda ittiham olunur. Saxlanılan zaman ayətullah yaralanıb. Krallığın şərq əyalətində onun həbsi tez-tez polislə toqquşmalarla müşayiət olunan etiraz aksiyalarına səbəb olub.
Maraqlıdır ki, şeyxin kral ailəsində də tərəfdarları olduğu qeyd edilir. Belə ki, bu ilin aprelində kral Abdullanın ev dustaqlığında olan qızı internetə qoyduğu videoda ən-Nimranın işini davam etdirməyə və krallıqda inqilaba çağırıb.