Rusiyada sistemli bank böhranı başlayıb və yaxın 1 ildən onun dərinləşməsi ehtimalı böyükdür. Musavat.com-un RBC-ya istinadən verdiyi xəbərə görə, Rusiya Makroiqtisadi Analiz və Qısamüddətli Proqnozlar Mərkəzinin ekspertləri bu qənaətdədirlər.
Onların fikrincə, tezliklə problemli bank aktivlərinin payı 10%-in keçəcək və sistemyaradıcı banklardan ən azı birinə dövlət hesabına əlavə kapitallaşma lazım olacaq. Hesabat müəllifləri hesab edirlər ki, artıq indinin özündə Rusiyada bank böhranı ehtimalı kritik həddi keçib.
Rusiyanın maliyyə sektorundakı son sarsıntılar sözsüz ki, həm də ölkənin üzləşdiyi maliyyə-iqtisadi sanksiyalarla əlaqələndirilir.