Azərbaycanla Ermənistan arasında ciddi danışıqlar başlayacaq”

15-10-2014, 19:17   
Azərbaycanla Ermənistan arasında ciddi danışıqlar başlayacaq”



“Azərbaycanla Ermənistan arasında ciddi danışıqlar başlayacaq”
Politoloq Vəfa Quluzadə Elmar Məmmədyarovun fikirləri ilə bağlı “Yeni Müsavat”a danışdı
Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov mətbuat konfransında maraqlı fikirlər səsləndirib. Nazir bildirib ki, Azərbaycan böyük sülh sazişinə hazırdır. Bu barədə ANS PRESS məlumat verib.

"Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyişin olmaması barədə bəyanatı ilə razıyam. Çünki bu vaxta qədər biz məntiqli proses üzərində işləyirik. Biz artıq neçə ildir ki, münaqişənin nizamlanmasını müzakirə edirik. Amma danışıqlar prosesi hələki nəticə vermir. Nazirlər də görüşür, lakin bu danışıqların məntiqi nəticəsi yoxdur",- deyə XİN rəhbəri Elmar Məmmədyarov bildirdi.
Nazirin sözlərinə görə, Azərbaycan Ermənistana böyük sülh sazişi üzərində işləməyə hazır olduğunu açıqlayıb:"Onlara demişik ki, müzakirə edilməli çox sayda məsələlər var. Məcburi köçkünlərin qayıtması, statusun müəyyənləşdirilməsi və bir sıra digər məsələlər mövcuddur".

Politoloq Vəfa Quluzadə hesab edir ki, Qərb Parisdə təşəbbüsü əlinə alsa, böyük sülh sazişi olacaq:



“Nazir deyib ki, başlamaq olar. Görünür Elmar Məmmədyarov Parisdəki görüşə ümidlə baxır. Hesab edir ki, bu görüşün nəticəsində Azərbaycanla Ermənistan arasında ciddi danışıqlar başlayacaq. Ermənistan Rusiyanın əlinin altından çıxaraq, sülhü hazırlamağa qədəm qoya bilər. Rusiyanın indiki vəziyyətini nəzərə alaraq, Ermənistan başa düşür ki, Rusiya artıq ona mütəffiq kimi lazım olmayacaq. Ermənistanın özü neçə dəfə sülhə doğru addım atıb və cəzalandırılıb.



Əgər Parisdə Qərb təşəbbüsü əlinə alacaqsa , həqiqətən böyük sülh sazişinə başlamaq olar. Bu da ondan xəbər verəcək ki, Azərbaycan və Ermənistan arasında real danışıqlar getsin. İndiyə qədər heç prinsiplər belə razılaşdırılmayıb. Ermənistan nə Madrid prinsiplərinə, nə də, başqa danışıqlara əhəmiyyət verməyib. Görək Parisin nəticələri nə olacaq. Əgər Qərb Cənubi Qafqazda sülhdə maraqlıdısa, o, buna nail olacaq. Ona görə də ehtiyyatlı ümidlə Paris görüşünə baxmaq lazımdır”.

Politoloq Paris görüşünə ümidlə baxdığını qeyd edib: “Ümid edirəm ki, axır ki, Qərb təşəbbüsü əlinə ala biləcək. Əgər Qərb buna nail olsa, məsələ həll oluna bilər. Əgər Qərb o vaxta qədər başa düşəcək ki, Rusiya onsuz da bu məsələyə mane olur və olacaq, ona görə bu məsələyə indiyə qədər ciddi sürətdə girişməyib. Bax onda məsələlər uzanacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.