Qorxunc silahlar İŞİD-in əlində

15-10-2014, 19:56   
Qorxunc silahlar İŞİD-in əlində
Terror qruplaşması kimyəvi silah anbarlarını ələ keçirib

Dünya İraqın sabiq prezidenti Səddam Hüseynin dövründən qalan kimyəvi silah anbarları İŞİD terror qruplaşmasının əlinə keçib.

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə ABŞ-ın "New York Times" qəzeti çıxış edib.

Qəzetin yazdığına görə, İŞİD-in ələ keçirdiyi ərazilərdə yerləşən silah anbarlarında minlərlə xardal qazı gülləsi, sarin qazı daşıyan raketlər, siyanid və siklon kimi zəhərli qaz ehtiva edən kimyəvi silah qalığı var.

Bildirilir ki, ABŞ 2003-cü ildə İraqı işğal etdiyində Səddam Hüseyn tərəfindən aktiv olaraq həyata keçirilən bir kimyəvi silah proqramı tapılmayıb. Ancaq ABŞ ordusu İraq-İran müharibəsi dövründəki kimyəvi silah anbarlarını tapa bilib.

Qəzetin iddiasına görə, ABŞ ordusu bu silah anbarları barədə məlumatları sirr kimi saxlamasının səbəbi İraqdakı kimyəvi silahların Suriydakı kimi Sovet istehsalı deyil, Qərb mənşəli olması olub.

ABŞ İraqdakı kimyəvi silah anbarları barədə Kimyəvi Silahların Qadağan olunması təşkilatına 2009-cu ildə xəbərdarlıq edib.

Qəzetin bildirdiyinə görə, ABŞ-ın 2010-cü ildə İraqdan tamamilə çəkiləndən sonra isə İraqda aktiv olmayan kimyəvi silahların olduğu anbarlardan istifadə etmək heç də asan deyil və demək olar ki, onların hərbi dəyəri qalmayıb. Bununla belə İŞİD-in kimyəvi silah mütəxəssisi olsa anbarlardakı qalıqlardan ölümcül silahlar hazırlana bilər.

Qəzet yazır ki, belə bir mütəxəssislər İraqdakı sünni döyüşçülər arasında var. Belə ki, radikal sünni qruplar ABŞ ordusuna qarşı həyata keçirdiyi bir partlayışda sarin qazından istifadə edib. Nəticədə 17 ABŞ əsgəri və 7 İraq polisi öldürülüb. Bu fakt uzun müddət sirr kimi saxlanılıb.

Ehtimal olunur ki, həmin terrorçu mütəxəssislər indi İŞİD-ə çalışır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.