Leyla Yunus prokurorluqda, Arif Yunus reanimasiyada…

29-04-2014, 11:46   
Leyla Yunus prokurorluqda, Arif Yunus reanimasiyada…
“1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Arif Yunusun vəziyyəti hazırda stabilləşib”. Bu barədə Lent.az-a xəstəxananın reanimasiya şöbəsindən məlumat verilib. Şöbədən verilən məlumatda o da deyilir ki, xəstə qan təzyiqi ilə əlaqədar reanimasiyaya yerləşdirilib: “Bura daxil olanda vəziyyəti orta ağır idi. İndi huşu özündədir. Şikayəti zəifliyindəndir”.

Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı A. Yunus aeroportda saxlanıldıqdan sonra vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.

***

10.49

Leyla Yunus və həyat yoldaşı Arif Yunus mühafizə altında gecə saatlarında hava limanından evlərinə gətirilib. “Amerikanın səsi” xəbər verir ki, orada onları vəkil Xalid Bağırov, jurnalistlər və hüquq müdafiəçiləri gözləyirdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları Yunusların evlərində axtarış aparılacağını bildirib.

Vəkil və Leyla Yunus öncə prokurorluq əməkdaşlarından axtarış haqqında qərar tələb ediblər.

Yunus saxlanılmaları və axtarış aparılması barədə sənədin onlara təqdim edilmədiyini bildirib. “Bizə saxlanmağımızın səbəbini izah etməyiblər. Hava limanında saxladılar. Bütün sənədlərimizi, hətta əlimizdəki bütün kağızları alıblar. Çemodanlarımızda, çantalarımızda axtarış aparıblar, kompüterimizi alıblar. Tələb etməyimizə baxmayaraq vəkilimizi içəri buraxmayıblar. Hətta bizi tualetə belə buraxmadılar”, o qeyd edib.

Bir qədər keçdikdən sonra Arif Yunusun səhhəti pisləşib və o xəstəxanaya aparılıb. Son məlumatlara görə Arif Yunus reanimasiyadadır.

Leyla Yunus həmçinin evində axtarışda azı 4 nəfər yaxınının və ya hüquq müdafiəçisinin iştirak edəcəyini tələb edib. “Mənim dörd otağım var. Hər otaqda bir nəfər gözləməlidir ki, evimə narkotik və ya başqa əşya yerləşdirməsinləır”, deyə axtarış aparacaq şəxslərə bildirib.

Beləliklə, bir neçə saat keçməsinə baxmayaraq axtarış baş tutmayıb və saat 7 radələrində Leyla Yunus dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib. Hazırda Leyla Yunus bu idarədədir.

Hüquq müdafiəçisi Samir Kazımlı hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında hüquq müdafiəçisi Leyla Yunusun dindirilməsi ilə bağlı müşahidə aparır. O Leyla və Arif Yunusovlarla bağlı ötən gecə baş verənləri müşahidə edib. Hüquq müdafiəçisi Amerikanın Səsinə video müsahibəsində bunları deyib.
[media=http://www.youtube.com/watch?v=Ufy6KY8bzR4]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.