Bakının mərkəzində dəhşət: qadın boğazını kəsdi

16-10-2014, 17:09   
Bakının mərkəzində dəhşət: qadın boğazını kəsdi
Bu gün Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşlı qadın intihara cəhd edib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Səməd Vurğun bağında 50-55 yaşlarında qadın boğazını kəsərək intihara cəhd edib.

Bildirilir ki, ərazidə dayanan avtobus sürücülərinə çay satan qadın onun Səməd Vurğun bağından uzaqlaşdırmaq istəyən polislərə etiraz edib. Bu zaman o, əlindəki stəkanı yerə çırpıb və şüşə qırıntısı ilə boğazını kəsib. Qadının qan içində qaldığını görən şəxslər təcili tibbi yardıma zəng ediblər və bir neçə dəqiqə sonra o, xəstəxanaya aparılıb.

Hadisə vaxtı çəkiliş etmək etmək istəyən bir nəfər də polis tərəfindən saxlanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.