Alış-verişi yalnız xaricdən edirəm

16-10-2014, 17:27   




Əməkdar artist Fidan Hacıyeva heç vaxt Azərbaycanda alış-veriş etmədiyini deyib.
“5/5” verilişində qonaq olan müğənni bunun üçün xaricə getdiyini bildirib:

“Buradan paltar almıram. İldə bir dəfə xaricə gedir, bütün geyimlərimi oradan alıb gəlirəm. Uşaqlarım üçün də nəsə lazım olsa, xaricdən gətirirəm.

Bakıda cəmi bircə dəfə mağazaya gedib paltar aldım. Evə gəldim, nəsə problem çıxdı, dəyişdim, bu dəfə isə ölçüsü balaca oldu. Düz üç dəfə mağazaya gedib-gəldim. Söz verdim ki, bir də buradan heç nə almaram”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.