Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Şabranda rüsvayçılıq: kişi arvadını qaçıranı axtarır

16-10-2014, 22:24   
Şabranda rüsvayçılıq: kişi arvadını qaçıranı axtarır
Şabran rayonunda gərginlik yaşanır.

Axar.az-a daxil olan məlumata görə, rayonda evli bir gəncin ailəli bir qadını qaçırması əhalini qəzəbləndirib. Onların Şabranın Uzunboyad kənd sakinləri olduğu deyilir. Hər ikisinin övladları var.

Məlumatda bildirilir ki, hazırda qızın həyat yoldaşı onları axtarır və bu hadisə kənddə böyük gərginliyə səbəb olub. Kənd sakinləri bu rüsvayçı hadisəyə görə, qadını qaçıran şəxsi Uzunboyaddan qovmağa hazırlaşırlar.

Onların adları Axar.az-a bəlli olsa da, etika naminə kimliyini açıqlamırıq. Qeyd edək ki, son dövrlər ölkədə ailə-məişət zəminində müxtəlif hadisələr baş verir. Xüsusilə də qısqanclıq zəminində qətllər, atanın övladının başını kəsməsi, oğulun anasını bıçaqlaması, qardaşın bacını boğub öldürməsi və s. kimi cinayətlərin sayı artmaqdadır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar