Xalq artisti Nazpəri Dostəliyeva tələbələrindən danışıb.
müğənni “Şoubiz” verilişinə açıqlamasında ona müraciət edən gənclərin qarşısına şərt qoyduğunu bildirib:
“Mənim tələbələrimin gözəl səsi olmalıdır. Azərbaycan Dövlət İncəsənət Univesitetində dərs deyirəm, buna baxmayaraq şərtlər qoyuram: səsi olmayan mənim tələbəm ola bilməz. İkincisi həmin gəncin mədəniyyəti olmalıdır.
Çox tələbkaram. Onları öz övladlarım kimi bilirəm. Əgər verəcəyim dərsdən onlara xələl gələcəksə, gedib səhnədə heç nə etməyəcəklərsə, öyrətmirəm. Nə də qəbul etmirəm".