Azərbaycanın xalq artisti Rafael Dadaşov qızı, müğənni Səidə Dadaşovadan danışıb.
“Həyat akademiyası hər bir universitetdən belə böyükdür. Həyat akademiyasını bitirənlər, valideyn adına çata bilər. Pis övladı qınamaq olmaz. Çünki valideyn özü də ona sevgi verməlidir. Həqiqi ata-ana mütləq övladı tərəfindən hörmət görəcək.
Bunu isə valideyn qazanmalıdır. Mənim atam və anam mənə dəstək olub, yol verib. Onlar mənimlə fəxr edirlər. Qızımı da elə sayıram. O,öz gücü ilə qalxıb. Onunla fəxr edirəm. Hansı valideyn belə qızla fəxr eeməyə bilər?