Müğənni Təranə Qumralın ad gününüdür. həyat yoldaşı, müğənni Musa Musayevin, qızları Fidan, Qumral və Sevgimin onun üçün sürpriz hazırladığını deyib. T.Qumral yenicə dünyaya gələn nəvəsindən də bəhs edib:
"Bu gün toyda olacam. Ona görə də, ad günümü xüsusi qeyd etməyəcəm. Evdə, ailə üzvlərimlə birlikdə olacam. Hədiyyədən daha önəmli yaxınlarımın yanımda olmasıdır. İstədiyim hər şeyi əldə etmişəm: ev, maşın, bağ. Mənim üçün əlçatmaz heç nə yoxdur.
Bu yaşda nənə olmaq, arzuladığın hər şeyi əldə etmək qədər gözəl heç nə ola bilməz. İllərdir ailəmi qoruyuram.
Başıma o qədər iş gəldi, amma mən möhkəm oldum, ailəmin dağılmasına imkan vermədim. İndi gənclər bu gün evlənir, 1 aydan sonra boşanırlar. Mənim qızlarım belə hallardan uzaqdır. Ən böyük hədiyyə də budur.
Bu günlərdə nəvəm oldu. Ona çoxlu hədiyyələr aldım. Amma onların nə olduğunu deməyəcəm. Ümumiyyətlə düşünürəm ki, hədiyyəni demək görməmişlikdir”.