Moskvanın “Vnukovo” hava limanından Parisə uçan “Falkon-50” təyyarəsi uçuş-eniş zolağından havaya qalxan zaman partlayıb.
Axar.az LifeNews-a istinadən bildirir ki, sərnişinlərin və ekipaj üzvllərinin adları açıqlanıb.
Təyyarənin bortunda dörd nəfər – sərnişin və üç ekipaj üzvü olub.
Qəzada Fransanın “Total “enerji konsernin prezidenti Kristof de Marjeri həlak olub.
Neft şirkətinin prezidenti ilə birlikdə bort rəhbəri Rassya Peraforya və Pikan Yann Jak Jozef də həlak olublar. Xilasedicilər dörd nəfərin cəsədini tapıblar.
Əldə edilən məlumata görə, uçuş icazəsi alan təyyarə uçuş zolağı ilə hərəkətə başlayaraq sürəti artırıb. Lakin sol qanadı zolağı təmizləyən qartəmizləyən maşına ilişib. Təyyarə zərbədən havaya atılıb, çevrilərək UEZ-yə çırpılaraq partlayıb. Təyyarənin parçaları 200 metr radius boyunca ətrafa səpələnib.
[media=http://www.youtube.com/watch?v=c-F3SQvIPds][thumb]