Birinci xanımların modelyeri öldü (FOTO)

21-10-2014, 10:59   




Birinci xanımların modelyeri öldü (FOTO)

Modelyer qırmızı xalıya çıxanlarında sevimlisi idi


Moda və dizayn Dünyanın ən məşhur dizaynerlərindən biri ölüb. Oskar de la Renta evində ölüb. 82 yaşlı modelyerin ölüm səbəbi bəlli olmasa da, onun illər öncə xərçəngdən əziyyət çəkdiyi bəllidir.

Amerikanın moda ikonası olan de la Renta Jaklin Kennedi, Laura Buş başda olmaqla bir çox birinci xanımı geyindirib.

Məşhur modelyer son olaraq aktyor Corc Kluninin yeni evləndiyi vəkil sevgilisi Amal Alamuddinin gəlinliyi ilə gündəmə gəlmişdi. De la Renta Hollivud ulduzlarının qırmızı xalı üçün müraciət etdikləri modelyerlər arasında olub.

1932-ci ildə doğulan modelyer ABŞ-dan öncə İspaniya və Fransa da yaşayıb. O, Amerika moda sənayesinin inşikafında misilsiz xidmətləri olanlardan biridir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.