30 yaşlı kişi ticarət mərkəzində özünü öldürmək istəyib
Növbətçi Ötən gün Bakının Səbail rayonunda 30 yaşlı kişi özünü öldürmək istəyib.
Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə “Park Bulvar”ın qarşısında baş verib.
Belə ki, axşam saat 18 radələrində 1984-cü təvəllüdlü Tural Mustafayev insanların gözü qarşısında siçan dərmanı qəbul edib. Hadisə şahidləri hadisə yerinə təcili yardım həkimləri çağırıblar.
Tural Mustafayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.