Leyla Yunus ev duataqlığına buraxılır?

21-10-2014, 11:28   
Leyla Yunus ev duataqlığına buraxılır?
ABŞ Dövlət Departamentinin hüquq-müdafiəçisi ilə bağlı bəyanatından sonra məşhur dustağın yerinin dəyişdirilməsi təsadüfüdürmü?

Xəbər verildiyi kimi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Kürdəxanı İstintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin 1 saylı İstintaq Təcridxanasına köçürülüb.
SDİ-nin eksperti Azad İsazadə "Turan”-a bildirib ki, oktyabrın 20-də səhər L.Yunusa bağlama vermək üçün Kürdəxanı İstintaq Təcridxanasına gedib, lakin administrasiya bildirib ki, o, MTN təcridxanasına köçürülüb. Qeyd edək ki, bu həftə hüquq müdafiəçisi Leyla Yunus barəsində həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxılacaq.
"Azərbaycan hakimiyyəti Yunusları azadlığa buraxmalı, onlara qarşı ittihamları ləğv etməlidir,” bu fikirləri "Human Rights Watch” hüquq-müdafiə təşkilatının yaydığı bəyanatda bildirib. "Hökumət Leyla Yunusun təcridxanada təzyiqlərə məruz qalmasına dair iddiaları da araşdırmalı və buna görə məsuliyyət daşıyanları cəzalandırmalıdır” deyə, bəyanatda qeyd olunur. "Leyla və Arif Yunusların qanunsuz saxlanması parodiyadır və açıq-aşkar Azərbaycan hökumətinin onları saxta ittihamlarla susdurmaq cəhdidir. Hökumət onları dərhal azad etməli, ittihamları ləğv etməlidir,” qurumun Avropa və Orta Asiya üzrə direktoru Rachel Denber belə deyib.
Ədliyyə Nazirliyi Penitensiar xidmət rəisinin müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov isə "Trend”ə açıqlamasında Bakı İstintaq Təcridxanasında Leyla və Arif Yunusovlara heç bir fərq qoyulmadığını deyib: "Onlara da digər təqsirləndirilən şəxslər və məhkumlar kimi eyni şərait yaradılıb. Əksinə, onlar müəyyən şikayət verdikdə və ya həkimlərə müraciət etdikdə dərhal tibb komissiyası, habelə digər hüquq müdafiə təşkilatları, İctimai Komitənin, Ombudsman Aparatının nümayəndələri gedib məsələ ilə bağlı yerində yoxlama aparıblar. Lakin Leyla Yunusun yazdıqlarının demək olar ki, heç biri təsdiq olunmayıb. Sizə birmənalı olaraq deyirəm ki, o özü ətrafında fikir yaratmaq, beynəlxalq təşkilatların yanında özünə nüfuz qazanmaq, bu yolla nəyəsə nail olmaq istəyir. Onun bütün şikayət və müraciətlərinin hamısı məhz bununla bağlıdır. Leyla Yunusova ilk növbədə qadındır və heç kəs onunla yolverilməz qaydada rəftar edə bilməz”.
H.Əlixanov qeyd edib ki, Leyla Yunusova bu yaxınlarda guya onu döydüklərini, nəticədə xəsarət aldığını bildirib. Araşdırmalardan sonra məlum olub ki, bu məlumat tamamilə yalandır: "Bununla bağlı xidməti araşdırma aparılıb, məsələ yoxlanılıb. Tibbi komissiya tərəfindən baxış və müayinələr keçirilib. Beynəlxalq təşkilatların nümayəndələri də orada iştirak edərək baxıb, yoxlayıblar. Heç bir şey aşkar edilməyib. Səhhətində də heç bir problem yoxdur. Hazırda o müxtəlif qanunsuz tələblər irəli sürür. Əlbəttə ki, biz dövlət orqanı olaraq onları yerinə yetirə bilmərik. Leyla Yunusova diqqəti kənardan özünə cəlb etmək istəyir. Yəqin ki, bu yolla o, beynəlxalq təşkilatların mükafatlarına, medal və ordenlərinə layiq görülmək istəyir. Bütün bunları da yalnız bu məqsədlə edir”.

img1639709Xatırladaq ki, ötən həftə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Leyla Yunusun həbsi ilə bağlı narahatlığını ifadə edən bəyanat verib. Departament rəsmisi hakimiyyəti fundamental hüquqlardan istifadə etdiyinə görə saxlanan şəxsləri azadlığa buraxmağa çağırıb:
"Bunun üçün isə sağlıq durumu pis olanlardan başlamaq lazımdır. Leyla Yunus və əri Arif də ilk buraxılmalı olanların arasındadır”
Departament rəsmisi hakimiyyəti fundamental hüquqlardan istifadə etdiyinə görə saxlanan şəxsləri azadlığa buraxmağa çağırıb: "Bunun üçün isə sağlıq durumu pis olanlardan başlamaq lazımdır. Leyla Yunus və əri Arif də ilk buraxılmalı olanların arasındadır”.
Bu bəyanatı Azərbaycan hakimiyyəti ciddi təpki ilə qarşılamışdı. XİN bunu "Azərbaycanın daxili işlərinə qarışmaq” kimi izah edərək etiraz bəyanatı yaymışdı. Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ Dövlət Departamenti sözçüsünü Azərbaycanla bağlı əsassız, həqiqəti əks etdirməyən bəyanatlar verməkdə günahlandırmışdı. "ABŞ Dövlət Departamenti isə sözçüsünün vasitəsilə Azərbaycanla Avropa İttifaqı və ABŞ arasındakı əməkdaşlığa kölgə salmaq, Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq istəyir” deyə, N.Məmmədov bildirmişdi. L.Yunusun MTN təcridxanasına köçürülməsini də rəsmi Bakının ABŞ Dövlət Departamentinə daha bir cavabı kimi də izah etmək olar.
L.Yunusun 2,5 Kürdəxanı İstintaq Təcridxanasında saxlandıqdan sonra MTN-ə köçürülməsinin başqa bir izahı da ola bilər. Adının çəkilməsini istəməyən bir ekspert bu "yerdəyişmənin” səbəbləri barədə musavat.com bunları deyib: "Mümkündür ki, iqtidar ”həyatıma təhlükə var” deyərək bir neçə dəfə müraciət edən L.Yunusu daha etibarlı qorunmasını təmin edib. Çünki bütün dünyanın və beynəlxalq təşkilatların diqqətində olan, Saxarov mükafatına namizəd olan L.Yunusun həyatı ona şəxsi münasibətdən asılı olmayaraq iqtidar üçün də çox əhəmiyyətlidir".

1lrL.Yunusun vəkili Əlayif Həsənov is azadlıq.info-ya bildirib ki, ona bu barədə heç bir bildiriş təqdim olunmayıb. Qanunda Milli Təhlükəsizlik Nazirliyinin 1 saylı Istintaq Təcridxanasının nəzərdə tutulmadığını deyən Ə.Həsənov vurğuladı ki, yaxın günlərdə L.Yunusla görüşülərək ona münasibətin necə olduğu ilə bağlı maraqlanacaqlar. "Leyla Yunusla görüşərək köçürmənin ona münasibətdə hər hansı dəyişikliyə gətirib çıxarıb-çıxarmadığı ilə bağlı maraqlanacağıq”, deyə Ə.Həsənov vurğuladı.
Amma bu dəyişiklik eyni zamanda L.Yunusla bağlı məlumatların ictimaiyyətə yayılmasının qarşısının alınması məqsədi də daşıya bilər. Çünki istər L.Yunusun səhhəti ilə bağlı məlumatlar, istərsə də onun həbsxanadan yazdığı məktublar mətbuatın bir nömrəli xəbərinə çevrilir.
2lr"Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, L.Yunusun saxlanıldığı yerin dəyişdirilməsi hüquq müdafiəçisinə qarşı beynəlxalq diqqətin artmasının nəticəsi kimi dəyərləndirilə bilər.
M.Əliyev eyni zamanda hesab edir ki, bu addım L.Yunusun bir müddət sonra ev dustaqlığı ilə əvəzlənməsi ilə nəticələnə bilər.
Onu da qeyd edək ki, L.Yunusun həyat yoldaşı Arif Yunus avqustun əvvəlindən MTN təcridxanasında saxlanılır.
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus isə avqustun 5-də tutulub. Hər iki şəxs Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməklə dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar.(azpolitika.info)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.